Interposta.Info

Bakı meriyasından sürücülərə müraciət: Maşınları ağacların altında saxlamayın

Müxtəlif
 28-09-2018, 09:01     10 447

Bakı Şəhər İcra Hakimiyyəti güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib. Vətəndaşlardan avtomobillərini ağacların altında park etməmək tövsiyə olunur.

Güclü külək paytaxt ərazisində vətəndaşlara məxsus 7 nəqliyyat vasitəsinə və 4 evə ziyan vurub.Yanvar ayından bu günə qədər güclü külək nəticəsində ağaclar aşdığından belə hadisələr yaşanıb.

Bu cür halların yenidən yaşanmaması üçün Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi idarəsi paytaxt sakinlərinə xəbərdarlıq edib. İdarənin rəisi Orxan Məmmədov deyib ki,əksər hallarda vətəndaşlar avtomobillərini məhz ağacların altında saxlayırlar.Güclü külək əsən zaman isə bu olduqcaq təhlükəli vəziyyət yaradır.

Orxan Məmmədovun sözlərinə görə,Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var.Təkcə son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində küləyin təsirindən 30-dan çox ağacın budaqlarının sınması ilə bağlı idarəyə müraciət daxil olub.

Ötən gün güclü külək nəticəsində Bayıl qəsəbəsində yeni istifadəyə verilən avtobus dayanacağına da ciddi ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, güclü küləkli hava sentyabrın 28-i səhərədək davam edəcək./xezerxeber.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26