Interposta.Info

Eldar Əzizov ipləri kəsməyə başladı -

Müxtəlif
 6-09-2018, 17:14     10 378

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları paytaxtda eyvanlardan paltar asmaq qadağası ilə bağlı müvafiq işlərin icrasına başlayıb.

BakuPost xəbər verir ki, müvəqqəti olaraq mer vəzifəsini icra edən Eldar Əzizovun qərarına əsasən, binaların eyvanlarından asılı olan zivələrin yığışdırılması üçün kranlar ayrılıb. Kranlar vasitəsilə eyvanlara çıxan işçilər ipləri kəsir və sakinlərə eyvanlardan paltar asmamaqla bağlı xəbərdarlıq edirlər.

Sakinlərin iş vaxtı çəkib BakuPost-a göndərdikləri videonu təqdim edirik:



Qeyd edək ki, Eldar Əzizov bir müddət əvvəl paytaxtda eyvanlardan reklam tablolarının və zivələrdən paltar asılmasını qadağan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26