Interposta.Info

Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini ona tapşırdı

Ölkə
 4-10-2018, 17:23     10 639

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib.

"XeberBiz" xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib.

Sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26