Interposta.Info

Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı -

Müxtəlif
 10-08-2018, 14:29     10 425

Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və həmin obyektlərdə çalışan insanlar da hazırda işsizdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb:

"Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26