Interposta.Info

Azərbaycanda ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

İqtisadiyyat
 25-01-2021, 10:06     449

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində ticarət obyektlərinin fəaliyyətinə tətbiq edilən qadağa bu gündən aradan qaldırılıb.

"İnterPosta" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Qərara əsasən, ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, o cümlədən “Mall”ların fəaliyyətinə tətbiq edilən qadağalar qüvvədə qalır.

Qeyd edək ki, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26