Interposta.Info

Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı

Müxtəlif
 16-07-2018, 16:19     10 540

Məşhur azərbaycanlı illüziyaçı Arif Qafuri tamaşalarının birində nümayiş etdirdiyi kobranın hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, o, Türkiyədə ilkin müdaxilənin ardından xüsusi təyyarə ilə Misirə göndərilib.

Köməkçisi Yana Vinter sehrbazın vəziyyətinin qənaətbəxş olduğunu, antizəhər vurulduqdan sonra isə daha da yaxşılaşacağını bildirib.

Arif Qafuri 18 dekabr 1989-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 18 yaşında İstanbul Texniki Universitetinə daxil olub, daha sonra isə Yaxın Şərq Texniki Universitetində təhsilini davam etdirib.

Acun Ilıcalının "Yetenek Sizsiniz" yarışmasına qatılan Qafuri illüziya tamaşaları ilə qısa zamanda məşhurlaşıb.

O, 2011-ci ildə "Dünyanın ən ekstremist sehirbazı" mükafatını qazanıb. Qafurinin "Sehir pozan" (2014) adlı kitabı da var.

interposta.info
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: təcili Misirə aparıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26