Interposta.Info

“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib

Müxtəlif
 4-05-2018, 23:31     10 433

04 may 2018 ci il tarixində Xırdalan şəhəri, “Zirvə” liseyində “Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Dövlət himni səsləndirildikdən sonra tarixi şəxsiyyətlərimiz haqqında video-slayd göstərildi. Tədbir məktəb şagirdlərinin iştirakı ilə başlandı. İlk əvvəl bütövlüyümüzün siması olan Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin şeiri sazın ifası ilə səsləndirildi. Sonra Azərbaycan Əfşarlar və son Türk imperiyasının qurucusu Nadir şah Əfşar haqqında səhnəcik göstərildi.
Bundan sonra şıxış edən Zirvə liseyinin direktoru Əmraslan Nəbiyev gələn qonaqları və müəllim-şagirdləri salamlayaraq həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışdı. Tədbir Xırdalan şəhər musiqi məktəbinin saz ifaçılarının çıxışı ilə davam etdirildi. Daha sonra məktəb şagirdləri arasında tarixi suallardan ibarət viktorinaya start verildi. Bunun ardınca söz qonaqlara verildi. İlk olaraq çıxış edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, tariximizin öyrənilməyən səhifələrinə toxunaraq bildirdi ki, biz çalışmalıyiq ki, yertişən nəsildə bütövlük şüurunu formalaşdıraq. Bu isə tarixi və coğrafi şüurun yaranmasından gedir. Biz, tarixi Azərbaycan bütövlüyünü yaratmaqla Turan birliyini də möhkəmləndiririk. Çünki, bu birlik Azərbaycanın bütövləşməsindən keçir. Bilmirəm nə zaman olacaq, amma bu baş verəcəkdir və biz tarixçilərin işi də bu istiqamətdə fəaliyyətdir. Tədbir yenidən şagirdlərin çıxşları ilə davam etdi.
Söz AMEA Fəlsəfə İnstitununun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərliyə verildi. Faiq bəy çıxışında çox mühüm məsələlərə toxundu. Bildirdi ki, biz tariximizi və fəlsəfəmizi şagirdlərə, tələbələrə öyrətmək üçün öz müəlliflərimizin yazdıqlarından daha çox istifadə etməliyik. Çünki indiyə qədər biz tariximizi və fəlsəfəmizi Avropa qafası, Ərəb qafası, Fars qafası, Rusiya qafası ilə oxumuşuq və bu cür də təqdim edirik. Biz, tarix və fəlsəfəmizi öz qafamız baxımından təqdim etməyi bacarmalıyıq. Bunun üçün əsas məsuliyyət məktəb müəllimlərinin üzərinə düşür. Bu mənada onlar çıx çalışmalıdırlar. Faiq bəy XX əsr tariximizdə bizim qürur mənbəyimiz olan Azərbaycan Cümhuriyyətinin üzərində xüsusi dayandı. Onun dərslərindən nəticə çıxarmağı tövsiyə etdi. Böyük lider M. Ə. Rəsulzadənin Cümhuriyyət elan olunanda “Azərbaycan” adının üzərində nəyə görə israr etdiyini açıqladı. Bu açıqlama iştirakçılar arasında böyük marağa səbəb oldu. Faiq bəy çıxışını onunla bitirdi ki, dünyada fiziki və maddi işğal o qədər də təhlükə deyildir. Əsas təhlükə təfəkkürün işğalıdır. O zaman biz Rusiya tərəfindən işğal olunduqdan sonra təfəkürümüzü də işğal etdilər. Biz milli təfəkkürün inkişafında dayanmalıyıq. Bu, bizim dövlətçilyimizin möhkəmlənməsində əsas amildir.
Tədbirin sonunda çıxış edən “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunaraq, tarixmizdə olan qaranlıq məqamlardan danışdı, eyni zamanda tarixi müqayisələr apardı. O, məktəb rəhbərliyinə, tədbirdə bu layihəyə kömək edən müəllimlərə, çıxış edən və iştirak edən şagirdlərə öz minnətdarlığını bildirdi və müəllifi Türkiyə Respublikasının Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçelik olan “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi” və “ Meydana Çıxma prosesi adlı “1678-1914” və “1915-1923”-cü illəri əhatə edən iki cildlik kitabları Liseyin kitabxanasına bağışladı.
Tədbirin sonunda keşirilən viktorinanın və tədbirdə əks olunan tarixi şəxsiyyətlərimizlə bağlı rəsm qalibləri mükafatlandırıldı. Tədbir saz ifaçılarının çıxışi ilə başa çatdı.

interposta.info

“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib
“Tarixi şəxsiyyətlərimizin Azərbaycanın qəhramanlıq tarixində rolu və yeri” mövzusunda tədbir keçirilib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26