Interposta.Info

Türkiyədən daha bir möhtəşəm tarixi film: baş rollardan birində azərbaycanlı aktyor çəkilir

Müxtəlif
 2-05-2018, 18:24     10 462

FİLM "OSCAR"A İDDİALIDIR.

Türkiyə daha bir tarixi filimlə rekorda imza atmağa hazırlaşır. Çəkilişləri təxminən 2 ildir, davam edən və "Angel Yapım” şirkətinin istehsalı olan film "Dəlilər” adlanır.

"XeberBiz" BakuPost-a istinadən xəbər verir ki, filmin rejissoru Osman Qayadır. "Dəlilər”də Türkiyənin məşhur aktyor və aktirasaları - Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.

Maraqlı məqam isə ondan ibarətdir ki, "Game of Thrones” ve "Vikings” kimi keyfiyyətli film olacağına zəmanət verilən "Dəlilər”də azərbaycanlı aktyor da rol alıb. Hələlik adı gizli saxlanılan aktyorumuz filmdə "dəlilər”dən birini canlandıracaq. Onun ifa etdiyi obrazın adı "Mübariz”dir. "Mübariz” Azərbaycandan gələrək Türk dəlilərinə qoşulur və düşmənləri yenir.

Film Sultan Mehmet Fateh tərəfindən III Vlad Tsepeşin sarayına göndərilən Osmanlının ən cəsur süvariləri olan "Dəlilər”in bu vəzifə boyunca yaşadıqlarından bəhs edir.

Son vaxtların ən yüksək büdcəli filmlərindən olan və çəkilişləri davam edən "Dəlilər”in nümayiş tarixi hələ açıqlanmayıb.

Filmin rejissorlarından və baş rol ifaçılarından olan Cem Uçan jurnalistlərə açıqlamasında 8 ildir, bu layihə üzərində işlədiyini deyib: "Çox çətin bir iş görürük. 7 həftədir Ağsaraydayıq, son 1 həftəmiz alıb. Görüntü baxımından bir şou və müdhiş bir hekayə izlətdirməyə iddialıyıq. "Game of Thrones”, "Vikings” kimi filmləri onlardan daha yaxşı çəkə bilərik. Çəkilişlərdə çox təhlükəli anlar da yaşadıq, amma əziyyətimizə dəyəcək. Tamaşaçı izləyəndə bunu görəcək”.

Cem Uçan əlavə edib ki, filmdəki kostyumların parçaları "Game of Thrones” filmindəki kostyumların parçaları ilə eyni yerdə istehsal olunub: "Çəkilişlərimizi də adını çəkdiyimiz filmlərin təchizat və texnologiyaları ilə həyata keçiririk. Türkiyədə çox da istifadə olunmayan "cooke lens” ilə çəkiliş edirik. Rəng isə tamaşaçının öyrəncəli olmadığı rəng olacaq. Film Türkiyə ilə eyni vaxtda bütün Avropada nümayiş olunacaq. Film "Ən yaxşı görüntü rejissoru” və "Ən yaxşı rejissor” mükafatlarını almalıdır. Çünki həqiqətən möhtəşəm görüntülərimiz var”.

Alaca xarakterini canlandıran məşhur aktrisa Nur Fettahoğlu çəkilişlərin möhtəşəmliyindən danışıb və filmin heyətinin həyəcanlı olduğunu dilə gətirib: "Kostyumundan linzasına kimi hər şeyə çox diqqət və həssaslıq nümayiş olundu. Çox ciddi əmək sərf olunub”.

Roza rolunun ifaçısı Demet Tuncer isə filmin "Oscar”a layiq olduğunu qeyd edib: "Hekəyə çox gözəldir. Oxudum və heyran oldum. Həqiqətən qürur duyuram. "Game of Thrones” və "Vikings” dadında bir filmdir. O rənglər, o vəhşilik və təbiiliyi göstərən bir şey gördüm "Dəlilər”də. Kaş ki, "Oscar”a namizəd olaq. Çünki həqiqətən haqqımızdır”.
Bizi Telegramda oxuyun!
0 0



Milli Azərbaycan Tarixi Muzeyində yeni şöbə yaradıldı
Milli Azərbaycan Tarixi Muzeyində yeni şöbə yaradıldı
11
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində yeni şöbə - "İctimaiyyətlə əlaqələr” şöbəsi fəaliyyətə başlayıb.

Muzeydən Qaynarinfo-ya verilən məlumata görə, Elmi Şuranın iclasında yeni şöbənin tərkibi təsdiq olunaraq, vəzifələri müəyyənləşdirilib.

Muzey üzrə verilmiş müvafiq əmrə əsasən, muzeyin mətbuat katibi Aynur Babayeva yeni şöbəyə rəhbərlik edəcək.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində "İctimaiyyətlə əlaqələr” şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.
Bizi Telegramda oxuyun!

interposta.info

 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir
 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir
 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir
 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir
 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir
 Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir Türkiyədən daha bir möhtəşəm tarixi film:  baş rollardan birində azərbaycanlı aktyor çəkilir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26