Interposta.Info

Nazirlik açıqladı: bu rayonlara qar yağdı

Müxtəlif
 31-03-2018, 12:20     10 492

Azərbaycanda martın 30-u gündüzdən 31-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 11-98, Mərkəzi-Aran rayonlarında 3-59, Qazax-Gəncə zonasında 4-50, Kiçik Qafqazda 12-28, Naxçıvan MR-da 3-19, Lənkəran-Astara zonasında 4-9, Bakıda və Abşeron yarımadasında 1.0 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24, Qırızda 17, Qusarda 13, Altıağacda 11, Xaltanda 8, Qubada 3 sm olub.

interposta.info Azertac-a istinadən foto-videonu təqdim edirik:


Nazirlik açıqladı: bu rayonlara qar yağdı
Nazirlik açıqladı: bu rayonlara qar yağdı
Nazirlik açıqladı: bu rayonlara qar yağdı
Nazirlik açıqladı: bu rayonlara qar yağdı
Nazirlik açıqladı: bu rayonlara qar yağdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26