Interposta.Info

Azərbaycanda düşən yağıntının miqdarı açıqlanıb/FAKTİKİ HAVA

Ölkə
 7-11-2018, 15:00     10 403

Noyabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26