Interposta.Info

Real TV sabah tam yayıma başlayır: Anonsu yayıldı - Video

Müxtəlif
 14-03-2018, 14:26     10 449

Real TV 15 mart tarixindən tam yayıma başlayacaq.

Axar.az-ın əldə etdiyi məlumata görə, sınaq testləri uğurla həyata keçirilib və komanda işə tam hazırdır. Bu səbəbdən sabahdan etibarən kanal yayıma başlayır.

Məlumata görə, Real TV xəbər-informasiya kanalı olacaq və fəaliyyəti dayandırılmış ANS kanalının “İç xəbər” verilişi formatında çalışacaq.

Peşəkarların işinin yüksək səviyyədə qurulması üçün kanalda çalışacaq əməkdaşların əməkhaqqlarının da kifayət qədər olduğu bildirilir. Bununla bərabər, yeni kanalda iş rejimi də olduqca ağırdır. Kanal rəhbərliyinin efir məkanına sürətlə daxil olmaq və liderə çevrilmək üçün “gecə-gündüz işləmək” prinsipini əsas götürdüyü iddia edilir.

***

Sabah yayıma başlayacaq Real TV-nin anonsu yayımlanıb.

interposta.info qeyd edir ki, kanalın rəhbəri tanınmış telejurnalist Mirşahin Ağayevdir.




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26