Interposta.Info

Mirşahin Ağayevin yeni telekanalının

Ölkə
 15-01-2018, 10:52     10 422

Bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin yeni telekanal açacağı ilə bağlı xəbər vermişdik. Özəl mənbələrdən əldə etdiyimiz məlumatda bildirilirdi ki, yeni telekanal üçün işçi yığımına start verilib, bir çox keçmiş ANS-çiyə təklif göndərilib.

Həmçinin qeyd edilirdi ki, kanal bir müddət internet üzərindən fəaliyyət göstərəcək. Texniki məsələlər həll olunandan sonra isə peyk yayımına başlayacaq.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, artıq telekanalın adı da müəyyənləşib. Belə ki, Mirşahin Ağayevin başçılıq edəcəyi kanal "Real TV" adlanacaq. Kanalda ANS-in bir çox tanınmış siması fəaliyyət göstərəcək. "Real TV" xəbəryönümlü kanal olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26