Interposta.Info

“Metro şəbəkəsinin genişləndirilməsi daha sərfəlidir, nəinki...”

Müxtəlif
 9-03-2018, 00:15     10 530

Ərşad Hüseynov: “Alternativ nəqliyyat vasitələrinin tətbiqi böyük vəsait tələb edən bir işdir”

Son illər ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda nəqliyyat sıxlığını aradan qaldırmaq, tıxacları azaltmaq məqsədi ilə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində ciddi işlərin görüldüyü hər kəsə məlumdur. Lakin bununla belə tıxac problemi bu gün də Bakı şəhərinin əsas nəqliyyat problemi olaraq qalır ki, bu da tramvay, trolleybus kimi alternativ nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı təklifləri aktuallaşdırır.

interposta.info
xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov alternativ nəqliyyat vasitələrinin tətbiqi üçün böyük vəsaitə ehtiyac duyulduğunu vurğuladı:

“Bakı şəhərində tramvay xətlərinin bərpa olunmasındansa, ona sərf ediləcək vəsaiti metro şəbəkəsinin genişləndirilməsinə sərf etmək daha məqsədəuyğun olar. Və ya dövlət hesabına müasir avtobuslar alıb onları xəttə buraxmaq daha sərfəlidir. Yəni ictimai nəqliyyatın keyfiyyətini qaldırmaq daha məntiqli olar. Əgər biz tramvay xətlərini bərpa etməli olsaq, bunun üçün küçələri yenidən dağıtmalıyıq. Tramvay xətləri tikməliyik. Sonra tramvaylar almalıyıq. Tramvay parkı yaratmalıyıq. Yəni bu, böyük vəsait sərf edən bir işdir. Odur ki, metronun genişləndirilməsi daha məqsədəuyğun oalr. Məsələn, yaxşı olar ki, metro Sumqayıt, Xırdalan, Günəşli, Sabunçu, Bayıl, Bibiheybət istiqamətinə genişləndirilsin. Bu, həm maddi, həm də digər baxımdan daha sərfəli olar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26