Interposta.Info

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu
 

Ölkə
 29-09-2021, 10:13     302

Səhər saatlarından başlayaraq, Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Modern.az-ın məlumatına görə, tıxac Saray postu istiqamətindən başlayaraq, 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları nəqliyyat vasitələrinin hərəkətini nizamlamağa çalışır. Bununla belə, nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanıb. İnsanlar mənzil başına çatmaqda çətinlik çəkirlər.

Analoji hal şəhərin bütün küçə və prospektlərində müşahidə edilir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26