Interposta.Info

Türk aparıcıdan kobud səhv – Azərbaycan mahnısını ermənilərin adına çıxardı –

Müxtəlif
 1-03-2018, 13:19     10 413

Türkiyəli aparıcı Oğuzhan Uğur “Çırpınırdı Qaradəniz” mahnısının ermənilərə aid olduğunu deyib.

"XeberBiz" Minval.info-a istinadən xəbər verir ki, 27 fevralda məşhur Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib.

Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. Verlişin bu buraxılışını “Facebook” və “Youtube”dan ümumilikdə 2 milyon insan izləyib.

Xatıladaq ki, sözlərini Əhməd Cavadın yazdığı mahnının bəstəkarı Üzeyir Hacıbəyovdur. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26