Interposta.Info

Füzulinin məzarı varmı, yoxmu?

Müxtəlif
 14-02-2018, 21:47     10 739

Məlum olduğu kimi, bir neçə dəfə İraqın Kərbəla şəhərinin İmam Hüseyn məqbərəsi ətrafında aparılan inşaat işləri nəticəsində Azərbaycan şairi Məhəmməd Füzulinin qərbinin dağıdılması informasiyası yayılıb. Hətta, Türkiyəli tarixçi-alim və jurnalist Murat Bardakçı da haberturk.com saytında Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki qəbrinin bir neçə dəfə köçürdülməsi və nəticəd də "yoxa" çıxmasını yazmışdı.

Ancaq Azərbaycanın İraqdakı elçiliyi bunları təkzib etmişdi.

Bu günlərdə İraqın Kərbəla şəhərində olan soydaşlarmızdan biri İmam Hüseynin məqbərəsini ziyarət edərkən M.Füzulinin qəbrinə rast gəlmədiyini bildirib. Eyni zamanda, həmin soydaşımız İmsm Hüseynin məqbərəsi ətrafında aparılan inşaata aid foto da göndərib. Həmin fotodan da görmək mümkündür ki, İmam Hüseyn məqbərəsində doğrudan da inşaat işləri gedir.

Bizcə, bu məsələyə aydınlıq gətirməyin tək çarəsi, İraqdakı Azərbaycan elçiliyinin M.Füzulinin məzarının fotosunu çəkib məıtbuatla paylaşması olmaldır. Başqa sözlə, əgər böyük Azərbaycan Türk mütəfəkkirinin Kərbəladakı məzarı dağılmayıbsa, onun tək sübutu fotosunu çəkmək və paylaşmaqdır.
Unutmaq olmaz ki, Məhəmməd Füzuli yalnız Azərbaycan türklərinin deyil, Türk dünyasının mütəfəkkiri və dahi şəxsiyyətidir!

interposta.info

Füzulinin məzarı varmı, yoxmu?


Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26