Interposta.Info

İtkin düşən alpinistlərlə bağlı yeni Açıqlama

Müxtəlif
 16-01-2018, 23:37     10 400

Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşı Ehtiram Xəlilov "Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları Tufandağ istiqamətində gedir.

"Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib. Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində, dəniz səviyyəsindən 3217 metr yüksəklikdə aparılır”, - deyə Ehtiram Xəlilov bildirib.
Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

interposta.info
İtkin düşən alpinistlərlə bağlı yeni Açıqlama
İtkin düşən alpinistlərlə bağlı yeni Açıqlama
İtkin düşən alpinistlərlə bağlı yeni Açıqlama

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26