Interposta.Info

Bakıda gənc şair intihar etdi: Son şeiri...

Müxtəlif
 9-01-2018, 11:22     10 172

Yanvarın 8-i axşam saatlarında Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin gənc şair Məlik Cahan olduğu bildirilib.

"XeberBiz" kult.az-a istinadən xəbər verir ki, o, intihardan əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb.

Məlik Cahanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Məlik Cahangirov 1995-ci il fevralın 10-da Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.

Məlik Cahanın son şeirini təqdim edirik:

Qorxunun əcələ faydası yoxdur,

bir gün ruh tərk edir bədəni,

azad olur bir bədənlik əsarətdən.

Ölüm son deyil,başlanğıcdır,

Bir az sevgidən ibarətdir,

Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,

savabların yoldaşdı,

günahların yoldaşdı.

Bundan sonra bayramlar

il dönümü olacaq.

xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,

aylar gəlib il olur.

İllər də yarpaq kimi

tək-tək təqvimdən düşür.

Öyrəşir...Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,

qalxır,göylərə üz tutur.

Zamanla yadırğayırlar

səsini də , sözünü də.

Sonra..

Bir gün sənin özünü də

unudur..

Hamı unudur...

Bir gün ruh tərk edir səni,

ruh səni,sən də hər kəsi.

Yaxınlıqdakı məsciddən

eşidilir azan səsi...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26