Interposta.Info

İntihar edən şairin qohumları FHN-dən narazıdır:

Gündəm
 9-01-2018, 16:28     10 391

İntihar edən gənc şair Məlik Cahangirovun axtarışları davam edir.

Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Yanvarın 31-i isə hərbi xidmətə getməyə hazırlaşırdı. O ötən gün özünü dənizə ataraqintihar edib.

Hazırda Dənizkənarı Parkda Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarışlar davam edir. Qaynarinfo-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, gəncin dostları və qohumları da axtarış aparılan ərazidədir. Olay yerində intihar edən gəncin üst geyimi və sənədlərinin tapıldığı bildirilir.

Gənc şairin adının açıqlanmasını istəməyən qohumu Qaynarinfo-ya bildirib ki, Məlik Cahangirovun ailəsi ilə heç bir problemi olmayıb:

"Evdə heç bir problemi və sıxıntısı olmayıb. Sadəcə, universitetdə kəsri var idi. Demişdi ki, kəsr məsələsi həll olunub. Amma həll edə bilməyib. Bir də xahiş edirəm sayıtlarda səhv məlumatlar yayımlayıb, Məlikin ailəsini üzməsinlər. Gördüyünüz kimi hələ cəsədi tapılmayıb".

Fövqəladə Hallar Nazirliyinin axtarış aparan nümayəndələri ilə danışmaq istəsək də, onlar açıqlama vermək istəmədilər.

Gəncin qohumları isə axtarış işlərindən narazıdır:

"Bizə məlumat verdilər ki, Bulvarda işləyən mühafizə xidmətinin əməkdaşları Məliyin özünü atdığını görüb. Amma dünəndən bu günə kimi o meyiti tapıb bizə təhvil verə bilmirlər. Niyə görə? Çünki güclü axtarış getmir. Bir nəfər düşür suya. Belə olmaz axı. İndi jurnalistlərin gəldiyini görüb axtarışı
gücləndiriblər".

interposta.info
İntihar edən şairin qohumları FHN-dən narazıdır:
İntihar edən şairin qohumları FHN-dən narazıdır:
İntihar edən şairin qohumları FHN-dən narazıdır:
İntihar edən şairin qohumları FHN-dən narazıdır:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26