Interposta.Info

Bakıya qar gələcəkmi -

Müxtəlif
 5-01-2018, 10:29     10 420

Gülşad Məmmədova: “Yağıntılı və dumanlı hava müşahidə edilsə də, yaxın günlərdə qar yağmayacaq”

Yeni il ərəfəsində hər kəs ətraf mühitin ağ qara bürünməsini arzulasa da, bu, paytaxtda baş vermədi. Yanvar ayı gələr-gəlməz havalar soyusa da, qar havası yoxdur deyə bilərik. Yalnızca yanvar ayının 1-dən 2-si səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ordubad 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub. Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.

Bölgələrdə qar olsa da, paytaxtda yaxın günlərdə qar gözlənilmir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi. G. Məmmədovanın sözlərin görə, yağıntılı və dumanlı hava müşahidə ediləcək: “Hava şəraiti yanvar ayının 2-də qeyri-sabit keçdi. Əksər rayonlarda yağış yağdı. Dağətəyi rayonlarda da qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlmişdi. Lakin yanvarın 3-ü və 4-də havanın əsasən yağmursuz və sabit keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı da istisna olunmur. Mülayim cənub qərb küləklərində üstünlük müşahidə olunacaq. Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında isə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Mülayim cənub qərb küləyi şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz müsbət 8-10, gecə isə 4-6 dərəcə arasında dəyişəcək. Hələ ki, yaxın 2-3 gün ərzində Bakıda qar yağacağı ehtimal olunmur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26