Interposta.Info

2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -

Müxtəlif
 23-12-2017, 16:22     10 560

Ötən gün Elektra Event Hallda “Kəklikotu” filminin təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, mərasim deyilən vaxtdan 2 saat gec başlayıb. Buna səbəb isə filmdə rol alan aktyorların xüsusi avtomobillərlə məkana gətirilməsi olub. Qoşa-qoşa qırmızı xalıdan keçən aktyor heyəti jurnalistlərin suallarını cavablandırıb və filmin uğurlu alındığına inandıqlarını deyiblər.

“Cinemazadeh” şirkətinin ərsəyə gətirdiyi “Kəklikotu”nda “Vazelin Qafar” obrazını canlandıran Əlixan Rəcəbovun ləhçəsi və hərəkətləri, Nigar Camalın səsinin dublyaj olunmaması, döyüş səhnəsindəki performansı alqışla qarşılanıb.

Film bitdikdən sonra səhnəyə çıxan rejissor komandanı yanına dəvət edib və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Səhərə qədər davam edəcək olan “after party” müğənni Dilarə Kazımovanın filmin soundtrackı olan “Dəm olmuşam”ı ifa etməsi ilə başlayıb.

Qeyd edək ki, film fantastik real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox,qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vüsal Hacıqədir və digər tanınmışlar rol alıb.

interposta.info
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -
2 saat gec başlayan, alqışlarla bitən “Kəklikotu” -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26