Interposta.Info

Rəsulzadənin xanımının məzarı bərpa edildi -

Müxtəlif
 20-12-2017, 07:30     10 428

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin bir müddət əvvəl tapılan məzarı bərpa edilib.

BakuPost.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı məlumat verib.
O, Azərbaycan Kültür Dərnəyinin (AKD) bu işdə böyük yardımı olduğunu vurğulayıb: "Mən bir təşəbbüs göstərdim və Azərbaycan Kültür Dərnəyi dağ kimi arxamda durdu. Məmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı AKD-nin təşəbbüsü və Anıtlar dərnəyinin də dəstəyi ilə bərpa edildi. Məzarın sadə olmasını mən istədim. Leyla xanım kimi sadə və zərif olmasını istəyirdim. Bir də üstündə həmişə çiçəklər olmasını rica etdim. Sabah gedib o çiçəkləri də əkəcəyəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26