Interposta.Info

Azərbaycanda marixuananın leqallaşmasına necə baxırsız? - Paytaxt sakinləri arasında VİDEOSORĞU

Müxtəlif
 7-12-2017, 12:31     10 496

Gürcüstanın Konstitusiya Məhkəməsi narkotik bitki sayılan marixuanadan istifadəyə görə nəzərdə tutulan cəza müddəasını cinayət məcəlləsindən çıxarıb. Məsələ ilə bağlı son qərar isə parlamentdə keçiriləcək müzakirə və səsvermədən sonra məlum olacaq.

Qeyd edək ki, daha öncə şəxsi istifadə üçün 151 qrama qədər marixuana yetişdirilməsi cinayət məcəlləsindən çıxarılmışdı. İndi isə miqdar tamamilə ləğv olunub.

Azərbaycanda isə uzun müddətdir ki, AR Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması ilə bağlı müzakirələr aparılır. Bəzi hüquqşünaslar bildirirlər ki, narkotik vasitə istifadəçisi olmuş şəxslərə daha çox müalicəyə ehtiyacı olan şəxs kimi baxmaq lazımdır. Müzakirələrə baxmayaraq, hazırda Azərbaycanda qanunvericiliyə görə, bütün növ narkotik vasitələrin istifadəsi qadağandır.

Qeyd edək ki, rəsmi statistikaya görə, ölkədə təqribən 29 minə yaxın narkoman var.

Gürcüstanda qəbul edilən bu qərarın Azərbaycan üçün hansı təsiri ola bilər? Vətəndaşlar ölkəmizdə marixuananın leqallaşdırılmasına necə baxırlar?

"XeberBiz" xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26