Interposta.Info

Bloger Mehman İbadovun ölümü ilə bağlı

Müxtəlif
 1-05-2017, 00:52     863

Aprelin 28-də saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasında intihar edən bloger Mehman Qələndərovun ölümü ilə bağlı cinayət işi açılıb.

interposta.info
haqqın.az-a istinadən xəbər verir ki, cinayət işi Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -(özünü ölüm həddinə çatdırma) maddəsi ilə başlanılıb. Meyit üzərində müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib. Baş Prokurorluqdan verilən məlumatda həmçinin, hal-hazırda bu hadisə üzrə bütün lazımi istintaq tədbirlərinin aparıldığı qeyd edilib.

40 yaşlı Mehman Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26