Interposta.Info

“Bütün əsərlərimi qanımla yazmışam və qanım axdıqca da yazacam”

Müxtəlif
 7-12-2017, 08:59     10 412

Bu gün görkəmli Azərbaycan yazıçısı Əkrəm Əylislinin 80 illik yubileyidir. Maraqlıdır, elə bir əsər varmı ki, bütün ömrünü ədəbiyyata həsr edən, bir–birindən maraqlı əsərlər ortaya qoyan yazıçı bu əsəri yazmadan öz yaradıcılığını bir növ natamam hesab etsin? Ədəbiyyatımızın Əkrəm Əylisli adlı qocaman yolçusunu hələ də irəliləyə səsləyən nə isə varmı?
"XeberBiz" xəbbər verir ki, Moderator.az-a açıqlama verən Ə.Əylisli onu səsləyən, yazılmasını gözləyən əsərlərin mövcud olduğunu vurğuladı:

“Əlbəttə, belə əsər var. Heç bir yazıçı elə bir məqam olmur ki, düşünsün ki, hər şeyi yazmışam, artıq yazılmalı heç nə yoxdur. Belə bir yanaşma yoxdur. Əslində yazıçını yazmağa məcbur edən də məhz bu hisdir. Yəni yazıçıda daima narahatlıq olmalıdır. Mən “Adamlar və ağaclar”ı yazıb qurtaranda, düşünürdüm ki, daha bitdi. Mən bu trilogiyanı 1968-ci ildə bitirmşəm. Baxın görün, ondan sonra nə qədər yazılar meydana gəlib.
Böhran deyilən şey belə yazıçıda inkişafa qədəm qoyamq üçün bir mərhələ olur. Böhran isə zaman-zaman yazıçılarda olur. Məndə də bu böhran həyatım boyu olub. Lakin əlimdən qələm heç vaxt düşməyib.
Yazıçılıq peşə deyil, yazıçılıq taledir. Əgər Allah kiməsə bunu tale kimi veribsə, həmin şəxs daim öz aləmində olur. Allah onun bu aləmdən uzaqlaşmasına imkan vermir. Bir növ həmin insanı bu taleyə məhkum edir. Yazıçılıqda məhkumluq məqamı var.
Mən bütün əsərlərimi qanımla yazmışam. Hələ ki, qanım axır. Bu isə o deməkdir ki, bundan sonra da yazmağa davam edəcəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26