Beynəlxalq Əlillər günü
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 1 saylı İnternat evində Beynəlxalq Əlillər günü ilə əlaqədər tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət evinin direktoru C. Süleymanov ölkəmizdə əlillərə göstərilən qayğı və diqqətdən danışıb. Əlillərin cəmiyyətə inteqrasiyası üçün belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Tədbir iştirakçıları əlil uşaqların əl işlərindən ibarət təşkil edilmiş sərgiylə tanış olublar.
Musiqili əyləncəli proqramda müğənnilər və şən klonların rəngarəng çıxışları uşaqlarda xoş ovqat yaradıb. Sonda internat məktəbinin rəhbərliyi tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26