Interposta.Info

Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi Qocalar evində - FOTOLAR

Müxtəlif
 3-10-2017, 19:31     8 809

Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə 1 oktyabr- Beynəlxalq Ahıllar günü münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində tədbir keçirilib.
interposta.info xəbər verir ki, iştrakçılara Beynəlxalq Ahıllar gününün yaranma tarixindən məlumat verib. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu gün ölkəmizdə 1993-cü ildən qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Qocalar evinin direktoru Qətibə Əsədova, Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndələri çıxış edərək ahılları təbrik ediblər.
Tədbirdə müğənnilər Elvin Abbasov, Könül Məmmədli, Ani Musaqi və Elçin İsmayılovun çıxışları alqışlarla qarşılanıb.
Sonda Qocalar evinin sakinlərinə hədiyyələr təqdim olunub.

interposta.info

Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsi  Qocalar evində - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26