Interposta.Info

Növbəti ildə bu qədər smartfon satılacaq

Müxtəlif
 23-11-2017, 14:20     7 475

“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək.

interposta.info ICTnews-a istinadən xəbər verir ki, çinli analitiklərin rəyinə görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq.

2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.

ABŞ-ın “Apple” şirkəti və Finlandiyanın “Nokia” şirkətini nəzərə almasaq, smartfonların əksəriyyəti Asiya şirkətləri tərəfindən istehsal edilir. Proqnozlara görə, Çinin “Huawei”, “Oppo” və “Vivo” şirkətləri artıq bu il qlobal smartfon istehsalçılarının reytinqində müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutacaqlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26