Interposta.Info

Saytların girişinə məhdudiyyətlər qoyulur -

Müxtəlif
 15-11-2017, 17:22     10 509

Bu gün səhər saatlarında interposta.info-a məlumatlar daxil olub. Məlumatda qeyd edilir ki, Azərbaycanda kütləvi şəkildə saytların bloklanma (ölkə daxili girişin bağlanması) prossesi həyata keçirilməkdədir. Həmin bloklanan saytlar arasında tanınmış saytlarında yer alması qeyd edilməkdədir. Redaksiyamıza danışan "Vediinfo.az" saytının baş redaktoru Vasif Paşayev qeyd edib ki, sayta səhər saatlarında ölkədən giriş edilməsi məhdudlaşdırılmışdır. Həmçinin onu da qeyd edib ki, heç bir hüquqi əsas və xəbərdarlıq olunmadan sayta qarşı kiber hücum təşkil edilib. Sayt rəhbəri əlavə edib ki, baş verənlərlə bağlı artıq Prezident İlham Əliyevə və Hüquq Mühafizə orqanlarına müraciət edilib.

Qeyd edək ki, Vediinfo.az saytı məhz tək bloklanmış sayt deyil. Həmçinin Realliq.az, Realliq.info, Obyektiv.org, Qanunxeber.az, Xalqinsesi.com, Aztoday.az, Guzgupress.com saytlarıda iki gündür bloklanıb. Bloklanmış saytların sayı çoxdur. Bunlar əldə edə bildiyimiz məlumatlarda qeyd edilən sayt adlarıdır ki, bu günlərdə təzyiqlərə məruz qaldıqların bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26