Interposta.Info

Şair Vahid Əzizlə görüş keçirilib - FOTO

Müxtəlif
 7-11-2017, 20:18     7 686

Noyabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib.
interposta.info
xəbər verir ki, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.
İlk olaraq filialın müdiri Gülşən Abbasova qonaqları salamlayaraq, şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, şair Vahid Əziz 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olmuşdur. Şair Azərbaycan Politexnik İnstitutunu bitirsə də əmək fəaliyyətinə ədəbi mühitdə başlayıb. Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlayaraq şair bu günə qədər dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Şairin sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”,“Əllərimin kölgəsi” (“Тень моих рук”–rus dilində),"Dözmək olmur", 4 cilddən ibarət “Şerlər, poemalar, tərcümələr, publisistika” adlı kitabları oxucular tərəfindən sevilərək oxunur.
Tədbir zamanı oxucuların suallarını cavablandıraraq Vahid Əziz öz şerilərini ifa edib. Şair “Xatirə kitabı”na ürək sözlərini qeyd edərək yeni kitablarını kitabxanaya hədiyyə edib. Daha sonra şairlə xatirə şəkilləri çəkdirilib.

interposta.info


Şair Vahid Əzizlə görüş keçirilib - FOTO
Şair Vahid Əzizlə görüş keçirilib - FOTO
Şair Vahid Əzizlə görüş keçirilib - FOTO
Şair Vahid Əzizlə görüş keçirilib - FOTO
Şair Vahid Əzizlə görüş keçirilib - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26