Interposta.Info

Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb

Müxtəlif
 4-11-2017, 14:41     10 566

Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında şair Musa Yaqubla görüş keçirilib.
interposta.info
xəbər verir ki, görüşdə Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.
İlk öncə filialın direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, şair haqqında geniş məlumat verib. Bildirilmişdir ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Şairin “Taleyin qisməti”, "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şerləri xalq tərəfindən çox sevilir.
Musa Yaqub oxucuların suallarını cavablandırıb, öz şeirlərini ifa edib, daha sonra şairlə xatirə şəkilləri cəkdirilib. Musa Yaqub kitabxananın “Xatirə” kitabına öz ürək sözlərini qeyd edib.

interposta.info

Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb
Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb
Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb
Şair Musa Yaqub kitabxanada oxucularla görüşüb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26