Sürücülərin maşında söhbətinə son qoyuldu -
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.
Report-un əldə etdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.
Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.
Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Layihədə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmur, ona görə də məcəllədən çıxarılır.
Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26