Interposta.Info

Bu abunəçilər internetsiz qalacaq… - Ekspert

Müxtəlif
 26-10-2017, 07:43     9 541

“Delta Telekom”unnın hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir. Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi üçün, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkənin əsas internet təchizatçısı olan “Delta Telekom” şirkətinin internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olması haqda açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, dəfələrlə vurğulanan “çəkidə aldatma” məsələsi yenidən gündəmə gətirilib:


"Delta Telekom” eyni zamanda əksər provayderlərin onlara borclu oduğunu da yenidən diqqətə çatdırıb. Ölkənin təxminən 70% internet təchizatını həyata keçirən qurum borclu provayderlərdən “Qlobal Netvorks”, CNC və “Data Plus”un internetini tamamilə kəsəcəyini də istisna etməyib.

Bu, heç bir halda məqbul variant hesab oluna bilməz.

Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin bu addımı atmağa ehtiyac qalmayıb və biz əminik olmaq istərdik ki, bu dəfə də “Delta” sərt addımdan çəkinəcək”.

O.Gündüz qeyd edib ki, şirkətin düşdüyü vəziyyət anlaşılandır və dəfələrlə bununla bağlı açıqlamalar verilib:

“Fikrimizcə, məhkəmə varinatı ən məqbuludur və problem hüquqi müstəvidə həllini tapmalıdır. Eyni zamanda, internetin keyifiyyəti ilə bağlı problemlərdə “Delta”nın gətirdiyi səbəb əslində nəticədir.

Dəfələrlə bildirmişik ki, NRYT Nazirliyi ilə birgə və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provayderlər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır”.

O.Gündüz NRYTN-nin Strateji Yol Xəritəsində göstərilən 3-cü “bəkbon” provayder internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözlədiyini vurğulayıb:

“Elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir. Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri-bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var. Bu cür köklü problemlər həll olunmadan ciddi keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir.

Yeri gəlmişkən, məhkəməyə verildiyi bildirlən 3 provayder də, bildiyim qədər, bu yaxınlarda digər bir “bəkbon” provayderin tabeliyində olan qurum tərəfindən yenicə satın alınıb. Bu baxımdan bir bəkbon provayder olaraq “Delta”nın adı çəkilən provayderlərlə məhkəmə çəkişməsi bitmədən, borclarla bağlı hansısa anlaşma əldə olunmadan başqa bir bəkbonun tabeliyindəki quruma məxsus provayderlərin internetini tam kəsməsi doğru olmazdı”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26