Interposta.Info

Havanın pisləşməsi mobil şəbəkəyə təsir edir?

Müxtəlif
 13-10-2017, 17:41     8 904

Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir

interposta.info Trend-ə istinadən xəbər verir ki, bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də, simsiz rabitədən istifadə olunur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".

N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.

O vurğulayıb ki, bu problemin qarşısının alınması üçün şirkət tərəfindəm 3G əhatə dairəsinin artırılması ilə bağlı işlər həyata keçirilib: "20-30 kilometrlik əhatə dairəsi olan bir baza rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Biz tikinti və genişləndirmə zamanı yüksək keyfiyyətli avadanlıqdan istifadə edirik. Bu gün artıq, demək olar ki, biz şəbəkənin əhatə səviyyəsinə görə yüksək göstəricilər əldə etmişik".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26