Interposta.Info

Yeni "iPhone 8" alanları peşman edir - SƏBƏB

Müxtəlif
 12-10-2017, 23:23     5 835

ABŞ istehsalçısı "Apple"ın sentyabrda təqdim etdiyi smartfonlar ətrafında səs-küy səngimir. Belə ki, bu modellərdə yeni defekt aşkar olunub

interposta.info-ın məlumatına əsasən, Tayvan, Yaponiya, Kanada və digər ölkələrdə yeni "iPhone 8" və "iPhone 8 Plus"ı əldə edənlər bir müddət sonra smartfonlarında yaranan problemlərdən şikayət ediblər:
Hazırda yeni modellərin bu cür şişməsi ilə bağlı yeddi şikayət məlumdur. Hələ ki, bütün əlamətlər problemin batareya ilə bağlı olduğunu göstərir, lakin "Apple" hər hansı qərarla bağlı tələsmir.

Şirkətdə, sadəcə olaraq, nasazlığın aradan qaldırılması üzərində iş aparıldığını bildiriblər.

Təsdiq olunmamış məlumata əsasən, "Apple"ın yeni smartfonlarında "Amperex Technology Limited"in istehsalı olan batareyadan istifadə olunur. Şirkət alternativ batareya növləri üzərində işləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26