Interposta.Info

"Facebook" seçkilərə qədər reklam qaydalarını dəyişəcək

Müxtəlif
 12-10-2017, 22:15     5 668

"Facebook" şirkətinin rəhbərliyi 2018-ci ilin noyabrında ABŞ Konqresinə keçiriləcək ara seçkilərə qədər reklamlarla bağlı qaydalarına dəyişiklik etməyə hazırlaşır.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin proqramlar üzrə direktoru Mayk Şropfer bildirib. "Biz hazırda bu məsələlər üzərində çalışırıq və işləri yaxşılaşdırmağa böyük diqqət ayırırıq", - deyə o, söyləyib.

M. Şropfer deyib ki, dəyişikliklər etmək asan deyil, çünki "Facebook" çox böyük şəbəkədir. Hazırda onun 2 milyard istifadəçisi və 5 milyon reklam verəni var. Bu səbəblə, şirkət leqal reklamdan imtina etmək fikrində deyil. "Biz texniki qərarları aktiv test edirik, çünki bənzərsiz şəraitdə çalışırıq", - deyə M. Şropfer əlavə edib.

Xatırladaq ki, "Facebook" Rusiya hökuməti ilə əlaqəli səhifələrin ABŞ-dakı prezident seçkilərindən əvvəl "Facebook"da siyasi reklamlar yaydıqlarını təsdiqləyib və bu barədə məlumatları Konqresə təqdim edib. Şirkət reklamları yoxlamaq üçün 1000-dən çox əlavə işçi götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26