Interposta.Info

Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq

Müxtəlif
 9-10-2017, 20:02     10 669

“Bu il qış ötən ilkindən sərt olacaq”. "XeberBiz" xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq: “İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq. Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq. Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26