Tələt Səfərov işdən çıxarıldı

Atəşgah Sığorta ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov vəzifəsindən azad edilib.
"XeberBiz" xəbər verir ki, bu barədə Report-a şirkətdən bildirilib.
Məlumata görə, o, Atəşgah Həyat Sığorta ASC-nin Direktorlar Şurasına (DŞ) üzv seçilib. İndiyə qədər DŞ-da təmsil olunan Azər Əliyev isə "Atəşgah Sığorta"ya sədr təyin edilib.
Azər Əliyev
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i ISR Holding MMC-yə, 27%-i Ran-Exim MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
"Atəşgah Həyat Sığorta" isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim"ə məxsusdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26