Interposta.Info

Yeni fəlakət:

Müxtəlif
 2-10-2017, 17:22     10 252

2001-ci il. Məhz bu tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Kofi Annan qatıldığı konfranslardan birində dünya ictimaiyyətinə qorxulu, amma bir o qədər maraqlı açıqlama verir. Belə ki, baş katib şirin və təmiz su üçün dünyada şiddətli yarışın olduğunu, bunun gələcəkdə savaşların əsas qaynağı olacağını söyləyir.

Bu tarixdən etibarən getdikcə azalan su mənbələri məsələsinə yenidən diqqət artırılır. Araşdırma aparan bir sıra beynəlxalq təşkilatlar isə su savaşları yaranacaq bölgələrlə bağlı açıqlama verməyə başlayır. Bəzi mənbələr daha da irəli gedərək su ehtiyatları uğrunda mübarizənin Üçüncü Dünya savaşı üçün səbəb yaradacağını söyləyirlər.

Beləliklə, antik dövrdən bu yana davam edən su ehtiyatları uğrunda mübarizə yenidən aktuallaşmağa başlayır.

interposta.info bildirir ki, daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26