Interposta.Info

İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -

Müxtəlif
 16-09-2017, 14:51     10 382

Məşhur iranlı velosipedçi və bir neçə sənədli filmin müəllifi olmuş Cavad Keştgər İsfahanda konsert verib. Konsert zamanı o bu yay Azərbaycana baş tutan səfərini vəsf eləyib.

O Eurasia Diary portalına bildirib ki, bu səfər ən xoş anlarla onun yaddaşında qalıb. Azərbaycan xalqının qonaqpərvərliyi haqqında xeyli müsbət fikirlər söyləyən Cavad Keştgər balabanda musiqi ifa edərkən arxa fonda Azərbaycan qəzetlərində onun səfəri barəsində yazılan yazılar təqdim olunub.

Xatırladaq ki, bu yay velo-tura İranın İsfahan şəhərindən başlayan Cavad Qafqaz və Türkiyəni əhatə edən “Maariflənmə turu” həyata keçirmişdi.

Onun əsas məqsədi region ölkələrini gəzərək, burada mövcud olan mədəniyyətlər və turizm bölgələri barədə məlumat yığmaq və sənədli film çəkməkdir.

Azərbaycan onun ilk dayanacağı oldu. İsti yay günlərində 6 günlük yürüyüşdən sonra Bakıda olan səyyah, BAMF-ın qonağı da oldu və fondun rəhbəri Umud Mirzəyevlə görüşərək səyahətlə bağlı təəsüratlarını paylaşmışdı.

interposta.info
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -
İranlı səyahətçi Azərbaycana səfərini İsfahanda vəsf elədi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26