Interposta.Info

Suriyada 5 qüvvə üz-üzə: məzhəb savaşı təhlükəsi...

Müxtəlif
 4-09-2017, 12:03     9 934

Ümumiyyətlə, ABŞ Suriya və Yaxın Şərqdəki mövqelərini əldən verməyəcək. Vaşinqtonun Əfqanıstanla bağlı son qərarı buna əyani sübutdur.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirirb ki, Suriyada maraqlı tərəflər İŞİD-dən sonrakı dövr üçün ciddi hazırlıq görməkdədirlər və bölgədə marağı olan ölkələrin hər biri yaranacaq boşluğu dəstəklədiyi qüvvələrlə doldurmağa çalışır:

“ABŞ Suriya münaqişəsi boyu dəstəklədiyi silahlı qruplaşmalara və eləcə də kürd birləşmələrinə istinad etməkdədir. Lakin bilindiyi kimi, digər tərəflərin də münaqişədə iştirakçı qüvvə kimi dəstəklədikləri hərbi birləşmələr və təşkilatlar var. Məsələn, Türkiyə aktiv şəkildə türkman tuqaylarını və bəzi ərəb əşirətlərini, İran şiə militanlarını və Haşdi-Şabi qruplaşmasını, Rusiya Əsəd tərəfdarı olan şiə birləşmələrini, ərəblər isə bəzi sələfi birləşmələri və Əsədə müxalif sünni ərəb əşirətlərini dəstəkləməkdədirlər. Yəni tərəflərin hər birinin geosiyasi maraqlarını təmin etmək üçün çarpışacaq silahlı birləşmələr mövcuddur. Bu, təbii ki, münaqişənin İŞİD-dən sonra belə davam edəcəyinin göstəricisidir. Vurğulamaq lazımdır ki, bütün bu sadalananlar münaqişənin məzhəbsəl mərhələyə daşına biləcəyi təhlükəsini də yaratmaqdadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26