Interposta.Info

Kərkük niyə bu qədər qiymətlidir?

Ölkə
 18-10-2017, 07:38     8 669

Kərkükün azad olunması və iqtidar nəzarətinə keçməsi, bununla paralel olaraq kürd idarəetməsinə bölgə ölkələri, əsasən Türkiyə və İran tərəfindən sanksiyaların tətbiqinin şübhəsiz ki, ciddi nəticələri olacaq.

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu Yaxın Şərq regionunda son baş verən proseslərə münasibət bildirərkən deyib. O bildirib ki, 2014-cü ildən indiyədək kürd qruplaşmalarının nəzarətində olan Kərkükün ciddi iqtisadi əhəmiyyəti var:

“Böyük iqtisadi potensiala malik olan Kərkük İraqın neft ehtiyatlarının 40 faizinə malikdir. Başqa bir məqam türkman əhali ilə əlaqədar olaraq Kərkükün Türkiyə üçün ciddi siyasi əhəmiyyəti ilə bağlıdır. Birmənalı şəkildə vurğulamaq olar ki, Bərzani əsində referenduma getməklə nəinki onu dəstəkləyən qüvvələrin qarşılarına qoyduqları məqsədə çatmadı, əksinə, son dərəcə çətin duruma düşdü”.

Analitik qeyd edib ki, faktiki olaraq blokada vəziyyətində olan Ərbilin bundan sonra atacağı addımlar bu baxımdan çox önəmlidir:

“Belə görünür ki, kürd rəsmiləri Bağdadla mövqelərini uzlaşdırmağa çalışacaq. Lakin istər Suriyada, istərsə də İraqda gedən proseslərdə xarici faktorların təsiri ilə hazırda ittifaq vəziyyətində olan Türkiyə və İranın nə dərəcədə uzunmüddətli bir dövr üçün bir yerdə olacaqları da ciddi məqamdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26