Interposta.Info

“Bu da Orxan Zeynalov hadisəsinə dönə bilər”

Müxtəlif
 21-08-2017, 14:13     10 003

“Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq”

Teleqraf.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Qeyd edək ki, 1992-ci il doğumlu Allahverənov Anar Əliyar oğlu Rusiyanın Xabarovsk şəhərində yaşayan pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürüb. İki şəxs restoranın həyətində dava edib. Təkbətək vuruşduqları üçün kənardakılar davaya qarışmayıblar.

E.Şahinoğlu qeyd edib ki, Rusiyanın bütün saytları gün ərzində qətlin görüntülərini yayır: “Dünya çempionunu öldürmək sıradan hadisə deyil. Anar hadisə yerindən qaçıb. İndi onu axtarırlar. Bu hadisə mənə bir neçə il öncə rusiyalı gənci qətlə yetirən azərbaycanlı Orxan Zeynalov olayını xatırladır. O zaman da Rusiyada anti-Azərbaycan isteriyası artmış, qətldə şübhəli bilinən azərbaycanlının çalışdığı bazarı bağlamışdılar. Həmin yekəbaşın əməlinə görə onlarla azərbaycanlı işini itirdi. İndi də bir neçə gün Rusiya mediası “azərbaycanlı qatil axtarılır” deyib duracaq. Getmisən Rusiyaya, başını sal dolan də, yaşadığın və çalışdığın ölkənin vətəndaşıyla niyə mübahisə edib onu karate zərbəsiylə öldürürsən? İndi səni tutub basacaqlar ömürlük həbsə, həyatın puç oldu, hələ üstəlik Xabarovskdakı bütün yaxınlarını da deportasiya təhlükəsi gözləyəcək. Eyni sözlər Bakıda avtobusa daxil olub sərnişinləri tapança ilə qorxudan yekəbaşa da aiddir. Belə özündən razısansa, niyə indi qaçıb gizlənmisən?!”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26