Interposta.Info

İnformasiya savaşı:

Müxtəlif
 3-08-2017, 15:24     10 455

Alman qəzetləri amerikalı həmkarlarından fərqli olaraq Rusiyanın əlində alətə çevrilməyəcəklərini bəyan edirlər
Almaniya sentyabr ayının 26-da keçiriləcək parlament seçkilərinə hazırlaşır. Qərb dünyasının bütün böyük dövlətlərində olduğu kimi, bu seçkilərin gündəminə partiyalar arasındakı yarışdan çox, kənardan, daha doğrusu, Rusiyadan edilən müdaxilə xəbərləri damğa vurub.

Çünki burada da rus hakerlərinin seçkiyə qarışaraq manipulyasiya tədbirlərinə əl atacağı ilə bağlı qorxu hakimdir.

“Bu ərəfədə Berilnə amerikalı kimi gəlmək, öz ölkənin bir il əvvəlki halına geri dönməyə bənzəyir. Çünki burada da siyasi gündəmin əsas mövzusu Rusiyanın seçkilərə qeyri-qanuni olaraq müdaxiləsi ilə bağlıdır”, - Cim Rutenberq “The New York Times” üçün yazır.

Müəllif ölkənin siyasi dairələrinin hazırda informasiya sızmaları təhlükəsi gözləntisi içində iynə üstündə oturduğunu bildirir.

Bu da təsadüfi deyil...

Rutenberq hakerlərin 2015-ci ildə Bundestaqın serverlərinə uğurlu hücum təşkil etdiyini xatırladır. Həmin vaxt onlar təxminən 16 gb-lıq elektron məktubu və şifrəli faylları oğurlamağa, o cümlədən kansler Angela Merkel də daxil olmaqla 16 deputatın ofisinə (komputer proqramı nəzərdə tutulur-red.) daxil olmağı bacarmışdılar.

Həmin vaxtdan bu yana kiberoğrular Merkelin Xristian-demokrat partiyasının, habelə sosial-demokratların analitik mərkəzlərinə ağır zərbə endirmişdilər.

Hələ ki, oğurlanan materiallar gün işığına çıxarılmayıb. Lakin onların dərc olunması Almaniya mətbuatını ABŞ mediasının keçən il üzləşdiyi sınaqla üz-üzə qoya bilər.

Yazı müəllifi həmin dövrdə Hillari Klintonun seçki qərargahının rus hakerlər tərəfindən sındıraraq əldə etdikləri Demokrat partiyasının elektron məktublarını həvəslə çap edən ABŞ-ln xəbər təşkilatlarının xarici düşmən dövlətinin əlində alətə çevrilməsi barədə şikayətlərini xatırladır.

Rutenberq alman qəzetlərinin bununla bağlı hazırlıqlı olduğunu yazır.

Bunlardan biri də ölkənin nüfuzlu “Der Spiegel” nəşrinin baş redaktoru Klaus Brinkboymerdir.

“Amerikalı həmkarlarımızın bu məsələdə uğursuz olduğunu deyə blmərəm. Lakin təəssüf ki, onların birilərinin əlində silaha çevrildiyini söyləyənlər haqlıdır”, - Brinkboymer məqalə müəllifinə söyləyib.

Brinkboymer oxşar üsulla oğurlanan məktubların Almaniya mətbuatına sızması halında “Der Spiegel”in müstəqil araşdırma keçirmədən həmin informasiyalardan istifadə etməyəcəyini söyləyib.

Məqalədə rəyi alınan, Almaniyanın ən böyük qəzeti sayılan “Bild” isə bu məsələdə daha dərin addımlar atacağını vurğulayır.

“Biz qəzetimizdə xüsusi tizer yaradacağıq. Həmin tizerin isə başlığı belə olacaq: “Sındırılıb”. Bu söz Almaniyada “sızdırlıb” başlığından daha məşhurdur. Bundan başqa, biz istifadə etdiyimiz, sızdırılan informasiyann hər paraqrafını qırmızı rənglə işarələyəcəyik. Belələklə, hər bir materialda qırmızı və qara abzaslar yaranacaq və onların altında biz “Təqdim olunan informasiya oxucuların rəyini manipulyasiya etmək üçün mətbuata ötürülüb” kimi qeyd-şərt edəcəyik”, - qəzetin siyasət şöbəsinin müdiri Yulian Röpke bildirib.

Röpke bununla belə amerikalı həmkarlarını qınamadığını da söyləyib:
“Hesab edirəm ki, biz də eyni səhvə yol verərdik, çünki həmin vaxt əslində nəyin baş verdiyini bilmək mümkün deyildi”.

“Der Spiegel”in kibertəhlükəsizlik üzrə eksperti Marsel Rozenbax indidən böyük-böyük danışmaqlarına rəğmən Almaniya mətbuatının sızan məlumatlar qarşısında əsl əxlaq sınağı ilə üz-üzə qalacağını söyləyib.

“Əgər jurnalistləri azacıq da olsa tanıyıramsa, onlar qalmaqala səbəb olacaq hər məlumatı bütünlüklə dərc edəcəklər. Bir yandan baxdıqda bu azad mətbuatın həm hüququ, həm də vəzifəsidir. Lakin bu, həm də ictimai rəyə nüfuz etməyə çalışan dövlətin əlinə oynamaq demək olacaq. Düşünürəm ki, silah kimi istifadə olunan informasiyaya qarşı veriləcək ən böyük cavab həqiqətə doğru aparan iz olaraq başqa mənbələrdən daha çox məlumatların əldə olunması olacaq. İnanıram ki bununla baş etmək mümkün olacaq”, - Rutenberq yekunda qeyd edib./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26