Interposta.Info

Ərəb nəhənglərinin təklədiyi Qətərin səfiri Mətbuat Şurasına gəldi -

Müxtəlif
 31-07-2017, 20:54     10 399

Bu gün Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai Azərbaycan Mətbuat Şurasında olub.

Musavat.com xəbər verir ki, bu barədə MŞ sədri Əflatun Amaşov sosial şəbəkədə məlumat paylaşlb.
Məlumatda bildirilir ki, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi qurum dünyanın, o cümlədən İslam aləminin media təşkilatları ilə ölkəmizin kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına dəstək göstərir. Bu baxımdan Türkiyə və İran, habelə postsovet məkanındakı İslam ölkələrinin jurnalistləri ilə qarşılıqlı təmasları vurğulamaq mümkündür: “Qətər müsəlman dünyasında qabaqcıl media ənənələrinə və strukturuna malik dövlətdir. Bu mənada yalnız “Əl-Cəzirə” telekanalının fəaliyyətin vurğulamaq da yetərlidir. Hesab edirəm ki, bu telekanalın deyil, ümumən Qətər mediasının təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var”.

Ə.Amaşov son vaxtlar Qətər dövləti ilə bağlı beynəlxalq siyasi arenadakı proseslərə də diqqəti çəkib. O, baş verənlərin Azərbaycan mediasının da gündəmində olduğunu vurğulayıb. Deputat həmçinin bildirib ki, ölkəmizin jurnalistləri ümumən Yaxın Şərqdə yaşanan proseslərin işıqlandırılmasında ədalətli mövqe tutub və bu mövqenin dəyişməz qalacağına əmindir.

Səfir Yusif bin Həsən əl-Sai təmsil etdiyi ölkədə media orqanlarının fəaliyyət xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin Azərbaycandakı kütləvi informasiya vasitələrini mütəmadi şəkildə izlədiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan mediası dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərə kifayət qədər həssaslıqla yanaşır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Qətər mediası arasında əməkdaşlığın mümkün perspektiv variantları müzakirə olunub.

Qeyd edək ki, görüşdə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də iştirak edib.

interposta.info

Ərəb nəhənglərinin təklədiyi Qətərin səfiri Mətbuat Şurasına gəldi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26