Interposta.Info

Toyuq dönəri yeyənlərin nəzərinə:

Müxtəlif
 28-07-2017, 12:59     10 518

Toyuq dönəri illərdir qadağan edilsə də, buna əməl edən yoxdur.

Xəzər TV-nin məlumatına görə, dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib. 2015-ci ilə qədər Mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.

Şöbə müdirinin sözlərinə görə, isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.

Ona görə də insanlar dönər alarkən diqqətli olmalıdırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26