Interposta.Info

Füzuli mənasızın biridir:

Müxtəlif
 19-07-2017, 15:04     1 609

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunla bağlı açıqlaması hələ də müzakirə olunmaqdadır.

Kult.az tanınmış ədəbiyyat adamlarının H.Hacəzadənin səsləndirdiyi fikirlərə münasibətini təqdim edir:

Firuz Mustafa:
Təkcə Səməd Vurğun deyil, Cabbarlı da, Cavid də, Üzeyir bəy də, Məmməd Səid də, Yusif Vəzir də, Əbdürrəhim bəy də Sovet dönəmində məcburiyyət qarşısında qalaraq Cümhuriyyəti söyüblər... İndi neyləyək? Hamısını tariximizdən çıxaraq? Özü də təkcə bizdə deyil, digər sovet respublikalarında da bu tendensiya bu cür gedib...

Gəlin tarixi təhlil edək, amma təftiş etməyək...


Baba Vəziroğlu: Mürəkkəb, ziddiyyətli tarixi dövrlər və şəxsiyyətlər barədə uzun zamanların məsafəsindən durbinlə baxıb birmənalı, birhüceyrəli, primitiv, amöb təfəkkürlü bəsit mülahizələr söyləyən hörmətli insanlara cavab vermək vaxt itkisindən başqa bir şey deyil. Yaxşı, indi mən deyirəm - Füzuli mənasızın biridir. Di, başlayın müzakirə etməyə...

Şərif Ağayar:
Hikmət Hacızadənin bu mövzuda müsahibəsi bizim saytda gedib (Kulis.az nəzərdə tutulur - red.) Müsahibəni oxuyanda hiss etdim ki, Hikmət Hacızadə Səməd Vurğun şəxsiyyətinə yalnız onun siyasi mövqeyinə görə qiymət verib. Yəni bir sənətkar kimi ona qiymət verməyib. Hacızadənin Səməd Vurğuna obyektiv qiymət verdiyini düşünmürəm.

Qeyd edək ki, bir müddət əvvəl Hikmət Hacızadə xalq şairi Səməd Vurğunun “mənasız biri olduğunu”, “nə qədər adam satdığını” deyib. Sosial şəbəkələrdə H.Hacızadənin bu sözləri ciddi etirazla qarşılanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26