Interposta.Info

Səməd Seyidov Jirnovskiyə cavab verdi —

Siyasət
 14-02-2017, 15:44     720

Səməd Seyidov Jirnovskiyə cavab verdi —
Səməd Seyidov Jirinovskinin bəyanatına cavab verib

“Bu yaxınlarda Vladimir Jirinovski rus kanallarından birində Azərbaycan və Ermənistanı Rusiyaya birləşdirmək və quberniyaya çevirmək iddiası ilə çıxış edib. Bəlkədə buna diqqət etmək lazım deyil. Ancaq Xocalı soyqrımının 25 illiyi ərəfəsində mən bunu deməyə bilmərəm. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, Azərbvaycanın müstəqilliyi dönməzdir və əbədidir. Bu şüar deyil, qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımızdır”.

“Ölkə.Az”-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib.
S.Seyidov deyib ki, quberniya olmaq məsələsinə gəldikdə, əslində İrəvan bu statusa tam uyğun gəlir: “Amma İrəvan Rusiyanın deyil, Azərbaycanın quberniyası statusuna uyğundur. Çünki işğalçı Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, tarixən indiki Ermənistanın əhalisinin 95 faizi azərbaycanlı olub”.

S.Seyidov çıxışının sonunda Vladimir Jirinovskiyə rus dilində şeirlə cavab verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26