Interposta.Info

Tramp-Putin əməkdaşlığı– Bu əməkdaşlıq sözdən o tərəfə inkişaf edəcəkmi?

Müxtəlif
 10-07-2017, 18:00     566

Natiq Miri: “Bu gün Tramp admistrasiyası üçün Rusiya ilə münasibətlər ən böyük problemə çevrilib”

““Böyük 20-lər” ölkələrinin sammitində Rusiya ilə ABŞ arasında hansısa kokret anlaşmalar olmasa da, təşəbbüslər və razılaşmalar olub.

interposta.info
xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Hamburqda keçirilən “Böyük 20-lər” ölkələrinin sammitində Tramp-Putin görüşünü və bu görüşdən sonra ABŞ-Rusiya münasibətlərinin hansı məcarda inkişaf edəcəyin şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Almaniyanın Hamburq şəhərində görüş baş tutdu. G-20 sammiti çərçivəsində baş tutan görüş 2 saat 15 dəqiqə davam etdi və prezidentlərin ilk rəsmi görüşü mətbuata qapalı keçirildi. Görüşdə yalnız iki ölkənin XİN rəhbərləri iştirak etdilər. G20 sammiti çərçivəsində keçirilən ikitərəfli danışıqları ətrafında yaranan güclü ajiotaja baxmayaraq, görüş zamanı jurnalistlərin suallarını cavablandırmamağı üstün tutublar. Belə ki, dövlət başçıları danışıqlar üçün ayrılan otağa keçdikdən sonra jurnalistlər ora dəvət olunub. Burada qısa bəyanatlar verən liderlər bununla da görüşün mətbuat üçün açıq hissəsinin başa çatdığına işarə ediblər.

ABŞ mətbuatında isə Tramp-Putin görüşünü neqativ qiymətləndirilib. Buna baxmayaraq Tramp Rusiya ilə əməkdalığın bundan sonra daha yüksək səviyyədə olacağını qeyd edib.
Bəs Putin Hamburqda Suriya və Ukrayna ilə bağlı əldə olunan razılığa əməl edəcəkmi və əgər heç bir məsələdə inkişaf olmazsa, Tramp-Putin münasibətlərinin gələcəyini necə görürsünüz?
Həmçinin gözlənilməz addımları ilə seçilən Tramp Putinlə əməkdalığın sözdən o tərəfə inkişaf etməyəcəyini anladıqda iki ölkə arasında münasibətlər cığırından çıxa bilərmi?
Tramp-Putin əməkdaşlığı– Bu əməkdaşlıq sözdən o tərəfə inkişaf edəcəkmi?



Natiq Miri:
“Əgər Suriyada atəşkəs rejimi bərqərar olarsa və ABŞ-da təminatçı tərəf kimi bu prosesdə iştirak edərsə, bu zaman İŞİD Suriyadan tamamilə təmizlənəndən sonra, artıq Suriyada sülh prosesinin başlanmasına rəvac verilə bilər”.

Rusiya ilə olan münasibətin Tramp admistrasiyasının əl-qolun bağladığın qeyd edən politoloq Natiq Miri vurğulayıb ki, Tramp dedi-qodudan qurtuarmaq üçün Rusiya ilə münasibətləri isti məcraya daşımaq istəyindədir:

“Bu gün Tramp admistrasiyası üçün Rusiya ilə münasibətlər ən böyük problemə çevrilib. Hətta demək olar ki, Rusiya ilə olan münasibət Tramp admistrasiyasının əl-qolun bağlayıb. Bu baxımdan ən azından Tramp öz prezidentlik taleyini dedi-qodudan qurtarmaq üçün Rusiya ilə münasibətləri isti məcraya daşımaq istəyindədir. Hamburqdakı görüş də təxmini olaraq bu konteksdə dəyərləndirilməlidir. Doğrudur Hambruqda tərəflər arasında çox ciddi müzakirələr oldu. Bu görüşdə konkret hansı anlaşmanın əldə edilməsi, hələlik bəlli olmasa da, ancaq Suriya və Ukrayna məsələsinin ciddi müzakirə olunduğu bəllidir.

Hamburqdakı “Böyük 20-lər ölkələri” ninin sammitindən dərhal sonra ABŞ dövlət katibi Tillersonun Ukraynaya göndərilməsi də göstərdi ki, Ukrayna məsələsi çox ciddi müzakirə predmeti olub. Hətta ola bilsin ki, “Böyük 20-lər” ölkələrinin sammitində Rusiya ilə ABŞ arasında hansısa kokret anlaşmalar olmasa da, təşəbbüslər və razılaşmalar olub. Həm də görünən budur ki, əldə olunan razılaşmanı rəsmi Kiyevə çatdırmaq üçün Tillersonun Ukraynaya səfərinə ehtiyac yaranıb. Hələlik ABŞ dövlət katibinin Kiyev səfərindən sonra konkret hansı nəticələrin ortada olduğu bəlli deyil. Ancaq qısa zaman çərçivəsində hansı razılaşmaların olub-olmadığı bəlli olacaq.

Natiq Miri: “ABŞ-Rusiya münasibətləri barədə hələlik konkret nə isə demək çox çətindir”.


Suriya məsələsinə gəlincə onu deyə bilərəm ki, bu görüşün konkret nəticə verdiyi ortadadır. Bildiyimiz kimi, artıq Suriyanın Qərbində atəşkəsin təmin olunması üçün ABŞ-la Rusiya razılığa gəldilər. Bu da çox böyük əhəmiyyət daşıyır. O mənada əhəmiyyət daşıyır ki, əgər Suriyada atəşkəs rejimi bərqərar olarsa və ABŞ-da təminatçı tərəf kimi bu prosesdə iştirak edərsə, bu zaman İŞİD Suriyadan tamamilə təmizlənəndən sonra, artıq Suriyada sülh prosesinin başlanmasına rəvac verilə bilər. Məhz bunun nəticəsidir ki, bu gün Cenevrədə Suriya danışıqlarının növbəti mərhələsi başlayıb.

Doğrudur hələ ki, konkret ciddi nəticələrdən danışmaq düzgün deyil. Ancaq hər bir halda ABŞ-la Rusiya arasında münasibətlər isti məcraya daşındıqca və ortada ən azından təmas nöqtləri tapıldıqca, təbii ki, ən azından regionda baş verən münaqişlərin gələcəkdə çözülməsi yönündən ümidlər yaranır. Amma gələcəkdə ABŞ-Rusiya münasibətlərinin istiləşməsi hansı siyasi nəticələrə səbəb olacağı haqqında bəri başdan nə isə proqnozlaşdırmaq çox çətindir. Çünki bu gün ABŞ-ın özündə Rusiyaya qarşı o qədər də isti münasibət yoxdur. Bildiyimiz kimi, hətta Hamburqda Trampla-Putinin görüşü zamanı belə ABŞ Senatı Rusiyaya yeni sanksiyaların tətbiq edilməsi haqqında qanun layihəsini müzakirə predmetinə çıxardı. Buna görə də düşünürəm ki, ABŞ-Rusiya münasibətləri barədə hələlik konkret nə isə demək çox çətindir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26