Interposta.Info

“Bura çox təhlükəlidir” –

Müxtəlif
 10-07-2017, 14:20     568

Dəmiryolu keçidlərində şlaqbaumun olmaması real təhlükə mənbəyidir. Buna nəzarət edən yoxdur.

ARB 24 xəbər verir ki, qeyri-rəsmi statistikaya görə, ölkədə 360 dəmir yolu keçidi var. 80-ni Bakı-Böyük Kəsik istiqmətində yerləşir. Onlardan 27-i qorunan, 57-i isə qorunmayandır. Bəzi yerlərdə qorunmayan keçidlər nəzarət məntəqələri ilə yenilənsə də, bunun formal xarakter daşıdığını açıq-aşkar görmək mümkündür.

Cavid Məmmədli (sürücü): "Təhlükəlidir. Şlaqbaum olmalıdır. Adam bəzən fikrli ola bilər, keçər. Şlaqbaum olsa, diqqət edər".

Tovuzun Qovlar şəhərində də analoji vəziyət höküm sürür. Burada 14 min əhalinin gediş-gəlişini təşkil edən keçidlərdəki problemlərdən sakinlər narahatdır. Onlar tezliklə bu məsələnin həll olunmasını istəyirlər.

Atakişi İmaməliyev (sürücü): "Əlbəttə ki, buna münasibətim pisdir. Bura təhlükəli yerdir. Bilmərsən, qarşıya çıxarsan hadisə baş verə bilər".

Mövcüd problemi nəzərə alaraq aidiyyatı üzrə əlaqə saxladıq. Qrumdan suallarımızı cavablandırmaq üçün nə az, nə çox düz 15 günə yaxın vaxt istədilər. Amma sürücülər və piyadalar ölüm keçidlərini hələ bir müddət də özləri tənzimləməli olacaqlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26